Rayonlar üzrə həftənin idman afişası hazırlanıb. Bu barədə ShimalNews 4 iyul tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
3 – 9 iyul tarixləri aralığında keçiriləcək yarışlar aşağıda təqdim edilib:
Xaçmaz rayonu
- Sərbəst güləş üzrə Xaçmaz kuboku - 2 iyul, saat 15:00 (Xaçmaz Olimpiya İdman Kompleksi).
İsmayıllı rayonu
- "Cüdo hamı üçün" adlı idman tədbiri -7 iyul, saat 11:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).
Quba rayonu
- Voleybol üzrə nümunəvi çıxışlar - 3 iyul, saat 10:00 (Quba şəhəri, Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin idman zalı).
Siyəzən rayonu
- "Sağlam həyat" layihəsi çərçivəsində veloyürüş - 8 iyul, saat 9:30 (Siyəzən şəhər stadionu).
Şabran rayonu
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" tədbiri - 7 iyul, saat 10:00 (Şabran şəhər Mədəniyyət Sarayının qarşısı).