Azərbaycan Voleybol Federasiyası (AVF) Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olub. Bu barədə ShimalNews 27 yanvar tarixində məlumat verir.
Yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi üçün orta məktəblərdə şagirdlərlə görüş keçirilib. Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.
Seçilmiş qızlardan ibarət komandalar yaxın aylarda “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”nə cəlb olunacaqlar.