Bu gün Misli Premyer Liqasının VIII turu çərçivəsində iki oyun keçiriləcək.
Turun ilk qarşılaşmasında "Şamaxı" futbol klubu "Şəfa"nı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək.