Bu gün gecə saat 02:00-da Sabunçu rayonu Bilgəh qəsəbəsində ağır yol qəzası baş verib.
Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Əsgər Zərbəliyevin idarə etdiyi "Volkswagen" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildəki sərnişinlər: paytaxt sakini 1992-ci il təvəllüdlü Kamran Əliyev, Qax rayon sakini 1980-ci il təvəllüdlü Təbriz Əliyev hadisə yerində ölüb.
Sürücü ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.