Quba Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən bulağın su kranı yoxa çıxıb.
Shimal.News xəbər verir ki, tibb müəssisəsinin həyətində yerləşən Zəfər bulağı aylardır susuz qalıb. Onun ətrafındakı kiçik parkda insanlar dincəlsələr də, su mənbəyindən istifadə etmək mümkün deyil.
Maraqlı məqam budur ki, bulaq xəstəxananın keçmiş direktoru Əlyar Sərvərovun rəhbərliyi dövründə inşa etdirilib və üzərinə onun adı da yazılıb.
O, təxminən 4 ay əvvəl vəzifəsindən azad edilib. Həmin vaxtdan bulağın yoxa çıxan kranı bərpa olunmayıb. Bulağın hazırki vəziyyəti isə suallar doğurur.