top
Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür
Bu gün, 14:10
- ↺ +

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şimal bölgəsindən olan şəhidlərimiz - Vaqif Abdullayev və Elşən Dəmirlinin doğum günüdür.

Vaqif Rəşid oğlu Abdullayev 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. O, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 6-da şəhid olub. Ağsu rayonunda dəfn edilib.

Vaqif Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Elşən Gündüz oğlu Dəmirli 1998-ci il oktyabrın 15-də Qəbələ rayonunun Nic qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Nic qəsəbə 3 saylı tam orta məktəbində alıb. 2016-cı ilin oktyabrında müddətli həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmətini davam etdirib. Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Dəmirli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, sentyabrın 28-də Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Elşən Dəmirli ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları, "Suqovuşanın azad olunmasına görə" medalı, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:56

Şabranda Samur-Abşeron kanalı və antisanitariya – VİDEO

Cəmiyyət
Bu gün, 13:23

Qusar–Həzrə–Sudur avtomobil yolunda aparılan bərpa işləri yekunlaşdırılıb

İqtisadiyyat
Bu gün, 12:25

Şabalıdın qiyməti fermerlərin üzünü güldürdü

Cəmiyyət
Bu gün, 11:38

Balakəndə 574 sakin ödənişsiz tibbi müayinədən keçib

Hadisə
Bu gün, 10:42

Şəkidə müştəri gediş haqqı üstündə taksi sürücüsünü döyüb

İqtisadiyyat
Bu gün, 10:35

İlhamə Qədimova: "8 meyvə növü üzrə 18 xəstəlik və zərərverici süni intellektlə müəyyən edilir"

Cəmiyyət
Bu gün, 09:36

Zaqatalada 79 yaşlı kişi itkin düşüb

Hadisə
Bu gün, 09:10

Qəbələdə yeniyetmənin ölümünə səbəb olan cərrahın cəzası ağırlaşdırıldı

Cəmiyyət
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 19-cu günü: XRONİKA

Hadisə
Dünən, 17:45

Bilgəhdə avtomobil aşdı: Qax sakini öldü

Cəmiyyət
Dünən, 16:47

Qubada Zəfər bulağı aylardır susuz qalıb

Cəmiyyət
Dünən, 15:40

Ad günündə şəhid olan balakənli igidimiz

Hadisə
Dünən, 14:50

Qaxda 132 min manatlıq dələduzluq edən sahibkara ağır cəza

İdman
Dünən, 13:57

Qusarın idmançı qızlarından Azərbaycan çempionatında 3 medal

Hadisə
Dünən, 13:08

Qubada avtobus və avtomobil toqquşub

Cəmiyyət
Dünən, 12:29

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib

Hadisə
Dünən, 11:49

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib

Hadisə
Dünən, 11:03

Xaçmazda "Chevrolet" ağaca çırpılıb - FOTO

İqtisadiyyat
Dünən, 11:00

Vahid Əhmədov: "Quba və Qusarda emal müəssisələri yaradılmalıdır"

Hadisə
Dünən, 10:00

Şəki məhkəməsi bir yaşlı oğlunun ölümünə səbəb olan anaya hökm oxudu

Hadisə
Dünən, 09:11

Zaqataladakı qəzalı körpü bərpa olunacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 18-ci günü – XRONİKA

Oxşar xəbərlər