Quba rayonunun Çinarlı kəndində dördyol adlanan ərazidə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un məlumatına görə, hadisə oktyabrın 13-ü axşam saat 18:00 radələrində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili ilə "Zizik" marşrutu üzrə işləyən avtobus toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Toqquşma zamanı avtomobil və avtobusun ön hissəsi zədələnib.
Qeyd edək ki, hadisə zamanı bir müddət nəqliyyatın sıxlığı müşahidə olunub.