Yevlaxda bir yaşlı oğluna qəsdən ağır xəsarətlər yetirməkdə və ehtiyatsızlıqdan onun ölümünə səbəb olmaqda təqsirləndirilən ananın məhkəmə prosesi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.
Məhkəmənin hökmü ilə 1991-ci il təvəllüdlü ana 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, qadın azyaşlı oğlunun ağlamasına əsəbiləşərək onun bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən zərbələr endirib. Uşağın ağlamağa davam etdiyini görən ana onu əlləri ilə yuxarı qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.
Uşaq çatdırıldığı Yevlax Şəhər Xəstəxanasında beş gün sonra vəfat edib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, əvvəllər dörd dəfə rəsmi nikah bağlamadan ailə münasibətində olduğunu və bu münasibətlərdən altı uşağının dünyaya gəldiyini bildirib. Qadın məqsədinin övladını öldürmək deyil, ağladığı üçün onu cəzalandırmaq olduğunu deyib.
O, həmçinin uşaqlarını dünyaya gətirdikdən az sonra onların qayğısına qalmaq üçün atalarının uzaq qohumlarına verdiyini bildirib. Hazırda övladlarının harada olduqlarını bilmədiyini deyən qadın onların adlarını da xatırlamadığını qeyd edib.
Mənbə: Xitab24.аz