Qusar yetirməsi olan idmançılar 9-11 oktyabr tarixlərində Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən kikboksinq üzrə XXXI Azərbaycan Çempionatı və Birinciliyində uğurlu nəticə göstəriblər.
Belə ki, Mədinə Bədəlova 9 yaşlı idmançılar arasında I yerə layiq görülərək qızıl medal qazanıb. Onun əkiz bacısı Xədicə Bədəlova isə eyni yaş kateqoriyasında III yeri tutaraq bürünc medalla təltif olunub.
Klubun digər yetirməsi Mələk Şixiyeva da 10 yaşlı idmançılar arasında I yeri tutaraq qızıl medal əldə edib.
Beləliklə, Qusar Kikboksinq Klubunun idmançıları çempionatda ümumilikdə 2 qızıl və 1 bürünc medal qazanıblar.