Qubada cüdo üzrə rayon açıq birinciliyi keçirilib. Bu haqda 25 aprel tarixində ShimalNews Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Şahdağ-Quba idman klubunda təşkil edilən yarışda 2006-2014-cü il təvəllüdlü idmançılar iştirak ediblər. Birinciliyə Bakı, Sumqayıt, Xaçmaz, Xudat və Qubadan ümumilikdə 150-yə yaxın idmançı qatılıb.
Qaliblər Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlarla təltif ediliblər.