Noyabrın 25-dən etibarən 18 yaşadək müxtəlif regionlardan olan cüdoçular Gürcüstanın Qori şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edirlər.
Shimal.News xəbər verir ki, Azərbaycan hazırlıq prosesinə Goranboy, İsmayıllı, Qəbələ, Naxçıvan, Qusar, Zaqatala, Mingəçevir, Şirvan, Qobustan, Gəncə və Siyəzəndən olan 26 cüdoçu ilə qatılıb. Təlim-məşq toplanışı Gürcüstan və Qazaxıstanın yeniyetmə cüdoçuları ilə birgə təşkil olunub və 5 dekabra qədər davam edəcək.
Toplanışın əsas məqsədi gələn il 18 yaşadək cüdoçular arasında keçiriləcək ölkə birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətinin artırılmasıdır.