Qusarlı taekvondoçu Fəridə Əzizova Polşanın Krakov şəhərində keçiriləcək yarışla bağlı sualları cavablandırıb. Bu barədə ShimalNews 22 iyun tarixində 1news.az-a istinadən xəbər verir.
İdmançımız bildirib ki, yığmanın 3-cü Avropa Oyunlarına düşəcəyi gözlənilən idi. 1-ci oyunlar Bakıda keçiriləndə çox yaxşı nəticələr əldə olunub. Onları təkrarlamaq lazımdır. Bu səbəbdən Dünya Çempionatından sonra növbəti hazırlıqlara start verilib.
Qarşıda ciddi rəqiblərlə görüş olacaq. Püşkatma artıq baş tutub. İkinci döyüşdə Fəridəni Bakıda qızıl qazanan fransalı idmançı gözləyir.