Qusarda yeniyetmə idmançılar arasında minifutbol üzrə nümunəvi çıxışlar olacaq. Bu haqda ShimalNews 17 yanvar tarixində məlumat verir.
"İdman hamı üçün" layihəsi çərçivəsində keçirilən tədbir bu gün saat 15:00-da “Metak” futbol meydançasında baş tutacaq. Burada 2010-2011-ci il təvəllüdlü futbolçular çıxışları təqdim edəcəklər.