Qusar Olimpiya İdman Kompleksində sərbəst güləş və yunan-Roma güləşi idman növləri üzrə U-17 zona birinciliyi keçiriləcək. Bu barədə ShimalNews 1 aprel tarixində məlumat verir.
Yarış 1-2 aprel tarixlərində “Quba - İdman Paytaxtı 2024” çərçivəsində baş tutacaq. Təşkilatçılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasıdır.