Qusarda uşaq və yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilib. Bu haqda ShimalNews 1 fevral tarixində məlumat verir.
2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan yarış “Simurq” Kulturologiya Mərkəzində təşkil edilib. Turnirdə 7 yaş qrupu üzrə 70 idmançı iştirak edib.
Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.