Qusarın futbol komandalarının Region liqasının pley-off mərhələsinin cavab oyunlarının nəticələri bəlli olub. Bu barədə ShimalNews 17 aprel tarixində Region Liqasına istinadən məlumat verir.
Siyəzən şəhər stadionunda “Qusar” və “Araz” (Saatlı) komandaları qarşı-qarşıya gəlib. Oyun 3:3 hesabı ilə başa çatıb.
Şirvanovka stadionunda isə “Şirvanovka” və “Füzuli” komandaları mübarizə aparıb. Nəticədə komandamız 0:1 hesabı ilə məğlub olub.