Qusarda cüdo idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub. Bu haqda ShimalNews 30 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin güləş zalında baş tutub. "İdman hamı üçün" layihəsi çərçivəsində təşkil edilən yığıncaqda gənclərə ustad dərsləri nümayiş edilib.
Məqsəd uşaq və yeniyetmələrin cüdo idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.