Siyəzənin Balaca Həmyə kəndində sakinlərin təşəbbüsü ilə idman meydançasının inşasına başlanılıb. Layihənin əsas məqsədi kənddə idmana marağı artırmaq və gənclər üçün yeni imkan yaratmaqdır.
Shimal.News xəbər verir ki, kəndlilər bu layihənin həyata keçirilməsini onlar üçün əlamətdar hadisə hesab edirlər. Onlar bildirirlər ki, stadionun inşası kənddə idmana marağın artmasına, xüsusilə də gənclərin və yeniyetmələrin idmana daha çox cəlb olunmasına şərait yaradacaq.
Sakinlərin fikrincə, belə bir təşəbbüs həm də kənddə birlik və həmrəyliyin güclənməsi baxımından əhəmiyyətlidir. Layihənin reallaşmasına dəstək göstərən hər kəsə təşəkkür edilir, gələcəkdə kömək etmək istəyən şəxslər də təşəbbüsə qoşulmağa dəvət olunur.