Qubadan olan taekvondoçu Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu haqda ShimalNews 1 fevral tarixində məlumat verir.
Fujeyrada təşkil olunacaq G2 kateqoriyalı yarışlara Azərbaycan milli komandası da qatılacaq. İdmançımız Səyyad Dadaşov 58 kq çəki dərəcəsində çıxış edəcək.
Komandamız səfərə fevralın 2-də yollanacaq.