Quba Olimpiya İdman Komleksində Vinq Çun döyüş növü üzrə yarış keçirilib. Bu barədə ShimalNews 17 iyun tarixində məlumat verir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası IV ölkə çempionatını təşkil edib. Burada ümumilikdə 200-ə yaxın idmançı qələbə uğrunda güclərini sınayıb.
Sonda qaliblər diplom və medallarla təltif olunublar.