Şahdağ-Quba İdman klubunda “İdman Həftəsi” çərçivəsində cüdo üzrə yarış keçirilib. Bu barədə ShimalNews 1 mart tarixində Quba Gənclər İdman İdarəsinə istinadən xəbər verir.
Turnir 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilib. Uğur qazanmış idmançılar diplomlarla təltif ediliblər. Eləcə də nümunəvi çıxışlar təqdim olunub.
Tədbir çərçivəsində Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, müxtəlif beynəlxalq yarışlarda və digər idman tədbirlərində idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlərdən danışıb.