“Quba - İdman Paytaxtı 2024” çərçivəsində badminton idman növü üzrə açıq birincilik keçirilib. Bu haqda ShimalNews 4 aprel tarixində məlumat verir.
Yarış Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə təşkil olunub. Burada Quba, Qusar və Siyəzən rayonlarından 50 nəfər 2009-2010 və 2011-2012-ci il təvəllüdlü yeniyetmə mübarizə aparıb.
Sonda qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.