Quba rayonunda şahmat üzrə kütləvi idman tədbiri keçirilib. Bu haqda ShimalNews 11 yanvar tarixində məlumat verir.
“İdman hamı üçün” layihəsi çərçivəsində baş tutan tədbir İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində təşkil edilib. Məqsəd şahmat oyununa marağın artırılması, stolüstü oyunların inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliğ olunmasıdır.