"Quba" basketbol klubu yeni mövsümün hazırlıqlarına başlayıb.
Shimal.News xəbər verir ki, komanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında gündə 1 dəfə olmaqla məşqə çıxır. Yeni transferlər də artıq kollektivə qoşulub.
"Quba" Azərbaycan Basketbol Liqasında bu mövsüm ilk görüşünü oktyabrın 2-də səfərdə "Sərhədçi"yə qarşı keçirəcək.