Qubada sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Bu haqda 26 iyun tarixində ShimalNews Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Zərdabi qəsəbəsində baş tutan yarışda 150-yə yaxın idmançı mübarizə aparıb. Şəhidlərimizin xatirəsinə həsr olunmuş birinciliyin sonunda qalib idmançılar Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.