Quba Açıq Əyləncəli Məktəbli Futbol Liqasının 8-ci turu keçiriləcək. Bu barədə ShimalNews 22 aprel tarixində adıçəkilən liqaya istinadən məlumat verir.
Oyunlar aprelin 23-cü, saat 12:00-da Quba şəhər 2 nömrəli məktəb-liseyin futbol meydançasında baş tutacaq. Qarşılaşmaların siyahısı aşağıda göstərilib:
“Şahdağ” FK – “Wolver” FC;
“Quba” FK – “Dəmir Yumruq” FK;
“Tigers” FC – “Qafqaz” FK.