İsmayıllıdan olan gənc qılıncoynatma üzrə dünya çempionatında gümüş medal qazanıb. Bu barədə ShimalNews 3 aprel tarixində Qılıncoynatma Federasiyasına istinadən məlumat verir.
Yarış Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçirilib. Zərifə Hüseynova rəqiblərini məğlub edərək 2-ci yerə sahib olub.