İsmayıllıda uşu sanda döyüş növü üzrə master-klas keçirilib. Bu barədə ShimalNews 30 iyul tarixində xəbər verir.
"İdman hamı üçün" layihəsi çərçivəsində bir sıra beynəlxalq turnirlərin mükafatçısı Yabir Şıxalıyev gənclərə dərs keçib.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin sağlam həyat tərzinə təşviqi, fiziki hazırlıqlarının yüksəldilməsi, bu idman növünə maraqlarının artırılması, zərərli vərdişlərdən çəkindirilmələrindən ibarət olub.