Quba şəhərində “Sağlam həyat” günləri təşkil ediləcək. Bu haqda ShimalNews 4 aprel tarixində məlumat verir.
Tədbirlər 6-10 aprel tarixlərində 11:00-dan 17:00-dək Nizami parkı ərazisində təşkil ediləcək. 2024-cü ilin “İdman Paytaxtı”nda müxtəlif idman növləri üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.