“Hypers Guba”nın 6 nömrəli oyunçusu Denis Ədilov “Qarabağ” FK-ya transfer olunub.
Shimal.News xəbər verir ki, bu barədə “Hypers Guba” sosial şəbəkə hesablarında paylaşım edib.
"Hypers Guba"nın prezidenti Ayaz Abdullayev transferlə bağlı bunları deyib:
"Dünən "Qarabağ"dan bizə sorğu gəldi. Denis bizdən öncə Türkiyədə oynayırdı. Perspektivli və gənc oyunçudur. Daha da yaxşı yerlərdən sorağı gəlsin". (Futbol+)