top
Futbol: “Səbail” Xaçmazdan danışıb
18 aprel 2023, 11:16
- ↺ +

Futbol: “Səbail” Xaçmazdan danışıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Səbail” futbol klubunun rəsmiləri Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər. Bu isə həmin klubun bura köçməsi ehtimallarının yaranmasına səbəb olub. ShimalNews 18 aprel tarixində Report-a verilən müsahibəni təqdim edir.

Paytaxt təmsilçisinin icraçı direktoru Fərəc Əliyev görülən işlər barədə məlumat verib və əsas komandanın Xaçmazda çıxış edib-etməyəcəyinə aydınlıq gətirib.

- “Səbail”in nümayəndələrinin Xaçmaza səfəri nə ilə bağlı olub?
- Ötən ilin yayında U-17 və U-19 komandalarımız Xaçmazdakı Nabran qəsəbəsində təlim-məşq toplanışı keçmişdilər. Hazırda orada təmir işləri gedir. Meydança salınır, eyni zamanda əlavə bir meydança da olacaq. Planlarımız böyükdür.

- Bəlkə bununla “Səbail” klubunun Xaçmaza köçünün təməli qoyulur?
- Xeyr (gülür). Akademiyamızın koordinatoru Mirbağır İsayev də budəfəki görüşdə iştirak edib. Çünki oranı sırf akademiyanın təlim-məşq bazası kimi təmir edirik. Tezliklə Xaçmazda uşaqlar üçün əla meydança olacaq. Bilirsiniz ki, əsas komanda təlim-məşq toplanışlarını həmişə xaricdə keçirir. Ancaq U-17 və ya U-19 komandamızı heç vaxt bu məqsədlə ölkə xaricinə göndərməmişik. Məqsədimiz orada yalnız akademiyanın uşaqları üçün şərait yaratmaqdır.

- Niyə məhz Xaçmazı seçmisiniz?
- Klubun baş sponsoru olan ASCO-nun Nabran tərəfdə ərazisi var. Uşaqlar ötən il məhz orada qaldılar və məşq keçdilər. Hava şəraiti baxımından da təlim-məşq toplanışı üçün Nabran bizə uyğundur. Orada dəniz, meşə var, yayı çox isti keçmir. Xaçmaz seçimi sırf bunlarla əlaqədardır.

- Yəni “Səbail” klubunun Xaçmaza köçməsi müzakirə mövzusu deyil?
- Heç bir halda müzakirə mövzusu deyil. Belə bir variant yoxdur. Yəqin ki, orada yaya qədər müəyyən işlər görüləcək.

- “Səbail” Premyer Liqanı tərk etsə, Xaçmazdakı akademiyada görülən işlər yarımçıq dayandırılmayacaq?
- Şablon sözlər demək istəmirəm. Əsas komanda indi bütün diqqətini Premyer Liqanın son 6 turuna və Azərbaycan Kubokuna yönəldib. Ümid edirəm ki, komandamız çempionatda sonuncu yeri tutmayacaq.

- Ancaq gedişat heç də ürəkaçan mənzərə vəd etmir...
- Həm baş məşqçimizə, həm də komandamıza inanırıq. Premyer Liqada vəziyyətimizi düzəltmək üçün vaxtımız olacaq. Ümid edirəm ki, ölkə kubokunda da iki yox, üç oyun keçirəcəyik.

- Kuboku qazanaraq avrokuboklara vəsiqə qazanmaq şansınızı necə görürsünüz?
- Niyə də olmasın? Komandamız buna qadirdir. Avropada böyük klublar da nə vaxtsa çətinlik yaşayıblar. İnanıram ki, biz də bu çətin sınaqdan yaxşı çıxacağıq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Oxşar xəbərlər