Qusarın “Şahdağ” futbol klubunun yetirməsi Rahid Əmirquliyev karyerasını başa vurub. Bu barədə ShimalNews 24 iyun tarixində məlumat verir.
Azərbaycan futbolunda tanınmış yarımmüdafiəçilərdən biri R.Əmirquliyev son zamanlar “Səbail” komandasında oynayıb. O, ölkəmizin Premyer Liqasında 457 dəfə meydana çıxıb, 2007-2017-ci illərdə Azərbaycan millisində oynayıb, uzun müddət “Xəzər Lənkəran” klubunun kapitanı və simvolu olub.