“Qusar” FK Futbol Federasiyasının xəbəri ilə bağlı bəyanat yayıb. Bu haqda ShimalNews 19 mart tarixində məlumat verir.
Öncə AFFA-nın İntizam Komitəsi “Qusar”ın vitse-prezidenti Elvin Xudadatovun 1200 manat məbləğində cərimələndiyini, eləcə də 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edildiyini bildirmişdi.
“Qusar” bəyan edib ki, mərc oyunlarında adı hallanan Elvin Xudadatovla 4 yanvar 2024-cü il tarixindən heç bir əlaqəsi yoxdur.