Qusarda cüdo idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 5 aprel tarixində məlumat verir.
Şəhər güləş zalında baş tutan tədbirdə Qusar rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları, Qusar rayon cüdo idman növü üzrə Əməkdar məşqçi Carullah Şinğarov, UGİŞM-in məşqçi-müəllimləri və 70 nəfər idmançı iştirak ediblər.
Sonda qalibərə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları təqdim edilib.