“NTD İndigo” klubunun Azərbaycan Basketbol Liqasının (ABL) 11-ci turunda rəqibi bəlli olub. Bu haqda 16 yanvar tarixində ShimalNews ABL-ə istinadən xəbər verir.
Komandamız növbəti qarşılaşmasında “Sabah” klubu ilə üz-üzə gələcək. Oyun 21 yanvar saat 14:00-da Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək.
10 turun nəticəsinə görə “NTD İndigo” və “Sabah”ın hesablarında 19 xal var.