Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndi ərazisindən keçən hissəsində "Chevrolet" və "VAZ-21014" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı "Chevrolet" markalı avtomobilin sürücüsü - rayonun Çobankol kənd sakini, 33 yaşlı İntiqam İlham oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa.аz