Şəkidə külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq bağça müdirinə hökm oxunub.
Şəki şəhərindəki körpələr evi-uşaq bağçasının sabiq müdiri R.Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmü ilə o, iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəzanın üç ili sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
İttihama görə, R.Mahmudova bağçaya bir neçə nəfəri işə qəbul etsə də, həmin şəxslər faktiki olaraq işləməyiblər.
İstintaqla müəyyən edilib ki, onların adına əməkhaqqı kimi ayrılan vəsaitlər mənimsənilib. Ümumilikdə bağçanın əməkhaqqı fondundan 58 min 509 manat 53 qəpik dövlət vəsaitinin mənimsənildiyi müəyyən olunub.
Mənbə: Oxu.аz