Quba şəhər H. Hüseynov adına 4 nömrəli humanitar fənnlər təmayüllü məktəb-liseyin şagirdləri 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan müxtəlif idman turnirlərində uğurla çıxış ediblər.
Yarışlarda əzmkarlıq və yüksək idman bacarığı nümayiş etdirən şagirdlərin qazandıqları nəticələri təqdim edirik:
Nuray Aslanova - "Qusar Kuboku" cüdo yarışında 2013-2014-cü il təvəllüdlülər kateqoriyasında, 40 kq çəki dərəcəsində I yerə layiq görülüb.
Zakir Balayev - 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Quba Cüdo Klubunun açıq birinciliyində 42 kq çəki dərəcəsində I yeri tutub.
Rövşən Məstanov - 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat üzrə tempo turnirində 8 yaşlı oğlanlar arasında II yeri qazanıb.
Sərxan Ələkbərov - "Qusar Kuboku" cüdo yarışında 2015-2016-cı il təvəllüdlülər kateqoriyasında, 34 kq çəki dərəcəsində III yerə sahib olub.