Şamaxı rayonunun Göylər kəndinə gedən avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, 2017-ci il təvəllüdlü qız uşağı xəsarət alıb.
Hadisə nəticəsində xəsarət alan azyaşlı təcili tibbi yardım vasitəsilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırma aparılır.