Bəzi şimal rayonlarında noyabrın 15-i gündüzdən 16-sı axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Xızı və Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.