Quba rayonunun Tüləkəran kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən 23 yaşlı Fəqan Habil oğlu Ədilov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) tələbəsi olub.
Shimal.News xəbər verir ki, o, ali təhsil müəssisəsinin qiyabi təhsil forması üzrə Maliyyə ixtisasının 4-cü kursunda (342Q saylı qrup) təhsil alırdı.
Xatırladaq ki, hadisə noyabrın 10-da saat 01:10 radələrində Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınıb. "Lada Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.