Bəzi ehtimallara görə, Xınalığın yaşı 5 min ildən çoxdur. Bu isə təxminən Nuh peyğəmbərin dövründən günümüzə qədər uzanan bir zamanı əhatə edir. Belə qənaətə gəlmək olar ki, Xınalıqda ilk yaşayış məskəni Nuh peyğəmbərin tufandan sonra quruya çıxmasından sonrakı dövrdə yaranıb.
Maraqlıdır ki, Xınalıq ətrafındakı dağlardan biri Tufandağ adlanır. Bəs görəsən, bu dağ adını haradan götürüb? Nuh peyğəmbərin adı ilə bağlı rəvayətlərdə də böyük dünya tufanından bəhs olunur.
Bölgəyə gələn alim və arxeoloqların apardıqları qazıntılar zamanı yaşı təxminən 5 min ilə yaxın olan arxeoloji tapıntılar, eləcə də insan qalıqlarına aid sümüklər aşkar edilib. Bu tapıntılar əsasında Xınalıqda yaşayışın Nuh tufanından və Nuh peyğəmbərin quruya çıxmasından sonrakı dövrdə başlaya biləcəyi ehtimalı irəli sürülüb.
Video: İTV