Qusar-Həzrə avtomobil yolunda sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Shimal.News-a müraciət edən vətəndaşın sözlərinə görə, Həzrə kəndinə çatmamış, kənddəki yanacaqdoldurma məntəqəsindən Qusar şəhəri istiqamətində təxminən 3-4 kilometr məsafədə yolun sağ tərəfində uçurum yerləşir.
Bildirilir ki, həmin ərazidə avtomobillərin uçuruma düşməsinin qarşısını ala biləcək dəmir qoruyucu sədd, eləcə də sürücüləri xəbərdar edən yol nişanı və ya işıqəks etdirici vasitələr yoxdur.
Xüsusilə dumanlı və qarlı havalarda görünüş məsafəsinin azalması vəziyyəti daha da təhlükəli edir. Sakinlər sözügedən ərazidə hər hansı qəza baş verməmiş müvafiq tədbirlərin görülməsini istəyirlər.