top
Vətən müharibəsinin 37-ci günü – XRONİKA
02 noyabr 2024, 00:01
- ↺ +

Vətən müharibəsinin 37-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 2-i növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 37-ci günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı və Milanlı kəndləri.

44 günlük Vətən müharibəsinin 37-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, on ədəd müxtəlif tipli topu, üç ədəd sursatla dolu yük maşını və beş ədəd digər avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Mövqelərimizə hücum etməyə cəhd göstərən düşmənin Su-25 döyüş təyyarəsi bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində vurulub.

Ermənistan silahlı qüvvələrinin dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.

Müdafiə Nazirliyi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlarımızın göstərdikləri şücaətlər barədə videoçarx paylaşıb.

Son xəbərlər

Hadisə
Bu gün, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Bu gün, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Bu gün, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
29 oktyabr 2026, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
29 oktyabr 2026, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Oxşar xəbərlər