top
Şuşa Fatehi, qubalı şəhid Ruslan Bayramov
05 oktyabr 2025, 10:03
- ↺ +

Şuşa Fatehi, qubalı şəhid Ruslan Bayramov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

44 günlük Vətən Müharibəsində Quba 49 şəhid verib, 196 qubalı yaralanaraq qazi olub, 4 nəfər də "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Gedəndə “mütləq qayıdacağam, hər şey yaxşı olacaq, darıxmayın” deyib, sonra vədinə xilaf çıxan oğulların heç biri Vətəninə, yurduna, el-obasına, bayrağına xilaf çıxmadı. Arxalarında buraxdıqları ailələrini, balalarını, ana və atalarını, yar-yoldaşlarını gözü yaşlı qoysalar da, Vətəni dardan qurtarıb düşmənə dar ağacı qurdular, işğalçını məhşər ayağına çəkdilər. Onlardan biri də qubalı Ruslan Bayramovdur. Ruslan 1995-ci ilin 5 oktyabr tarixində Qubanın Əlibəyqışlaq kəndində anadan olub. Uşaqlıq arzusu hərbçi olmaq olduğu üçün Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də bitirib. Ali Hərbi Məktəbi bitirdikdən sonra 2019-cu ildə ailə həyatı quran Ruslan bundan sonra Naxçıvan Muxtar Respublikasının “N saylı” Hərbi hissəsində xidmət göstərməyə başlayır. Bununla yanaşı o, Naxçıvan Xüsusi Təyinatlılarının kursunu müvəffəqiyyətlə başa vurur.

Azərbaycan Ordusunda kəşfiyyatçı olan Ruslan sentyabrın 27-də başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığı üçün tağıma rəhbərlik edib. Təkbaşına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb. Döyüşlər zamanı Ruslanın içində olduğu avtomobil qəzaya uğrayır. Yaralanmasına və kontuziya almasına baxmayaraq, o, hospitala getməkdən imtina edir, qrupu başsız qoya bilməyəcəyini deyir. Göstərdiyi şücaətlərə görə elə döyüşdəcə ona Baş Leytenant rütbəsi verilir. Müharibəyə gəldiyi ilk günlərdən onun çantasında iki ədəd Azərbaycan Respublikasının bayrağı var idi. Ruslanın arzusu bu bayraqları Şuşaya sancmaq idi. Sonuncu dəfə ailəsi ilə 23 oktyabr 2020-ci ildə danışıb. Salamat olduğunu, hər şeyin yaxşı olacağını deyib. Dünyaya gələn övladına  Arzu adını qoysa da, balasının üzünü görə bilməyib. Yoldaşı ona göndərdiyi bağlamaya Arzunun bir cüt corabını qoyub. Ruslan döyüşlərdə olanda qızının corabını cibində gəzdirirmiş.

Rəsmi yazılanlara görə, Ruslan noyabrın 9-u məhz Şuşa uğrunda gedən döyüşlərdə ürəyindən snayper yarası alaraq şəhid olur.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", “Şuşanın azad olunması uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər