top
Qusarlı bəstəkar Fətullah Rəhimxanov
16 iyul 2022, 13:00
- ↺ +

Qusarlı bəstəkar Fətullah Rəhimxanov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəstəkar Fətullah Rəhimxanov 1924-cü ildə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub. Onun babası Rəhimxan tanınmış sazəndə idi. Atası İbrahimxəlil isə tar, kamança və zurnada ifa edirdi.

Bəstəkar uşaq ikən atasından tarda və kamançada çalmağı öyrənmişdir. O, orta məktəbi bitirib, Quba pedtexnikumunda, sonradan Bakıda musiqi məktəbində oxumuşdur.

Fətullah Rəhimxanov Quba bölgəsində ilk dəfə ikisəsli xoru yaratmışdır. Bu xor bir neçə dəfə Azərbaycan festivallarının laureatı olmuşdur.

Bəstəkar 1942-1949-cu illərdə A.Bakıxanov adına Quba Dövlət Dram Teatrında səhnəyə qoyulan Azərbaycan yazıçıları N.B.Vəzirovun “Hacı Qənbər”, S.Rəhmanın “Xoşbəxtlər”, S.S.Axundovun “Bayram günü” tamaşalarına, Ləzgi Dövlət Dram Teatrında onlarca tamaşaya musiqi yazıb. Həmin zaman o, uşaqlar üçün mahnılar yazmağa başlayıb.

1960-cı ildə Dağıstan Bəstəkarlar İttifaqının bədii şurası onun 32 mahnısının hamısını qəbul edib. Dağıstan radiosunun qızıl fondunda bəstəkarın onlarca mahnısı saxlanılır.

1966-cı ildə “Azərnəşr” Rəhimxanovun ləzgi şairlərinin sözlərinə bəstələdiyi mahnılardan ibarət “Sazın telləri” adlı kitabını çap edib.

Rəhimxanov Azərbaycan yazıçısı M.İbrahimovun “Kəndçi qızı” pyesini ləzgi dilinə tərcümə etmişdir. Bəstəkar ləzgilərin 79 xalq mahnısını və 23 rəqsini toplayıb nota köçürmüşdür.

Fətullah Rəhimxanov 1999-cu ildə vəfat edib.

Onun ölümündən bir il sonra jurnalist Sədaqət Kərimova Bakının H.Sarabski adına mədəniyyət sarayında Fətullah Rəhimxanovun həyat və yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirmişdir.

2008-ci ildə bəstəkar Fətullah Rəhimxanovun əməyini qiymətləndirmək məqsədi ilə “Ləzgi xalq mahnıları və rəqsləri” adlı kitab çap olunub. Orada bəstəkarın 1960-1990-cı illərdə topladığı və notlara köçürdüyü ləzgi xalq mahnıları yer alıb.

 

 

İstinad edilən mənbələr: 


 

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər