top
Koroğlu dastanının qəhrəmanları ilə bağlı Xaçmazın Dədəli kəndi
12 iyul 2022, 13:00
- +

Koroğlu dastanının qəhrəmanları ilə bağlı Xaçmazın Dədəli kəndi

Dədəli kəndi Xaçmaz rayonunda, Qusarçayın sahilində, Samur-Dəvəçi ovalığında yerləşir.

Bəzi mənbələrdə kəndin əsl adı “Ərəbdədəli” kimi qeyd olunurdu. Bunun səbəbi isə dədəlilərin ərəbdədəli tayfasına mənsub olması ehtimalıdır. Lakin sonralar oykonimin tərkibindəki “ərəb” sözü düşmüşdür.

XVIII əsr rus hərbi qulluqçusu Pyotr Butkovun Qafqaz tarixi haqqında topladığı materiallarda Dədəli kəndinin adı çəkilir.

Ehtimal edilir ki, Dədəli kəndinin tarixi Dədə Qorqudun dövrünə gedib çıxır. Həmçinin kəndin adını “Koroğlu” dastanının qəhrəmanları ilə bağlayırlar. Dastanın lüğətində “dəli” - “igid, qəhrəman” deməkdir. Koroğlunun 10 dəlisi (igidi) bu kənddən olduğu üçün buraya “dəh dəli”, yəni “10 dəli” adı verilib. Ehtimal edilir ki, məhz buna görə kəndin adı “Dədəli” kimi formalaşıb.

Kənddən bir neçə çay keçir ki, onlardan ən böyüyü Qusarçaydır. Bu çay öz başlanğıcını Qusardan alır və Dədəlinin cənub sərhədi rolunu oynayır.

“Qafqaz təqvimi”nin 1910-cu il məlumatına görə, Dədəli kəndinin əhalisinin sayı 18 nəfər təşkil edib. 2009-cu ilin rəsmi məlumatına görə, bu kənddə 1162 nəfər yaşayıb.

 

 

İstinad edilən mənbələr:


 

 

 

 

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:43

Şimal rayonlarında hava dəyişəcək: Güclü yağış və dolu gözlənilir

Cəmiyyət
Dünən, 17:07

Qubada qaranlıq park təhlükəli məkana çevrilib

Hadisə
Dünən, 16:45

Zaqatalada 32 yaşlı kişi ağır yanıq xəsarətləri alıb

Cəmiyyət
Dünən, 15:50

"Yanımızda partladı, gözümüzü açanda yerdə idik" – Şəki sakini hadisə anından danışdı

Cəmiyyət
Dünən, 14:59

Azərbaycanda 9 sinif bitirən şagirdlər oxuyub-yaza bilmir – Rəsmi statistika

İdman
Dünən, 14:00

Arif Əsədovun oğlu "Şahdağ Qusar"ın heyətində

Cəmiyyət
Dünən, 13:00

Şəki-Zaqatala bölgəsində abituriyentlər ən çox hansı universitetləri seçir?

Cəmiyyət
Dünən, 12:00

Qubada insan ayıya rast gəldi - VİDEO

Hadisə
Dünən, 11:03

Şəhid Könül Qəhrəmanovanın atası vəfat edib

Hadisə
Dünən, 10:19

Qaxda qadın ofisiant üstündə dava: Tanışını yerə çırpdı

Cəmiyyət
Dünən, 09:14

Qanunsuz ağackəsmə aşkarlanıb

Bütün xəbərlər
19 iyun 2026, 18:40

Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Hadisə
19 iyun 2026, 17:45

Xaçmazda 50 yaşlı kişinin meyiti su hövzəsində aşkarlanıb

Cəmiyyət
19 iyun 2026, 17:35

Şimal rayonlarında güclü külək gözlənilir

Cəmiyyət
19 iyun 2026, 17:00

Şimal bölgəsinin ən uğurlu məktəbləri AÇIQLANDI

Cəmiyyət
19 iyun 2026, 16:00

Aşura günü bu ünvanlarda qan veriləcək

Cəmiyyət
19 iyun 2026, 15:15

49 dəqiqəyə 56 bal - Siyəzəndə musiqi müəllimənin uğuru

Cəmiyyət
19 iyun 2026, 14:40

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Cəmiyyət
19 iyun 2026, 14:00

Xaçmazın heyvan bazarı nə vaxt açılacaq?

Cəmiyyət
19 iyun 2026, 13:18

Lisey və gimnaziyalara qeydiyyat müddəti uzadıldı

İdman
19 iyun 2026, 12:42

"Şahdağ Qusar" anqolalı yarımmüdafiəçisi ilə yeni mövsümə davam edəcək

Hadisə
19 iyun 2026, 12:01

Zaqatalada 58 yaşlı kişi bıçaqlanaraq qətlə yetirildi

Hadisə
19 iyun 2026, 11:26

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Kriminal
19 iyun 2026, 10:13

Xaçmazda yaşayış evində yanğın baş verib

Oxşar xəbərlər