top
İsmayıllıda lentə alınan “Ögey ana” filmi
04 fevral 2023, 19:30
- ↺ +

İsmayıllıda lentə alınan “Ögey ana” filmi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ögey ana” filmi 1958-ci ildə çəkilib. Ekran əsərinin əksər çəkilişləri İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərində baş tutub. Filmin rejissoru Həbib İsmayılovdur.

Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən İsmayılın həyatından bəhs edilir.

1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında “Ögey ana”

bədii filmi III dərəcəli mükafata layiq görülmüşdür. Həmin illərdə filmi 21 milyon tamaşaçı izləmişdir.

Filmin maraqlı məqamlarından biri odur ki, aktyorlar filmdə sanki öz həyatlarından bəhs edirlər. Həmin əsər aktrisa Nəcibə Məlikovanın (Dilarə) bir növ ailə hekayəsi idi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçmiş baş katibi Fuad Əsədov aktrisanın ögey oğlu idi. Həbib İsmayılov hekayə əsasında bu filmi çəkir və Nəcibə Məlikovanın həkim olmaq arzusunu filmdə reallaşdırır, onu izləyicilərə həkim xanım kimi təqdim edir.

Ceyhun Mirzəyev də İsmayılın taleyini yaşayıb. O, 3 yaşında olanda atası Cəmil Mirzəyev dünyasını dəyişib. Ceyhun atasının ikinci dəfə ailə qurduğu gürcü Marqarita xanım və onun əvvəlki nikahından olan qızı - ögey bacısı ilə birgə böyüyüb.

Film 42 yaşlı Nəsibə Zeynalovanın kinoda ilk böyük işi idi.

“Ögey ana” filminin 60 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin təşşəbbüsü ilə filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərinin arasında “Ögey ana” filmi ilə bağlı abidə qoyulub.

Filmdə Ceyhun Mirzəyev - İsmayıl, Nəcibə Məlikova - Dilarə, Fateh Fətullayev - Arif, Ələsgər Ələkbərov - Hüseyn dayı, Nəsibə Zeynalova - Fatmanisə rollarını ifa ediblər.

İstinad edilən mənbələr: 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü - XRONİKA

İqtisadiyyat
Dünən, 18:10

Zaqatala maşın bazarında durğunluq: "4 min manata maşın tapa bilmədi"

Cəmiyyət
Dünən, 17:32

Küləklə bağlı xəbərdarlığı verilib

Cəmiyyət
Dünən, 16:48

Qubanın bu kəndində subartezian quyusu işlək vəziyyətə gətirildi

Cəmiyyət
Dünən, 15:48

Şəki və Qaxın qazlaşdırılmayan kəndləri Milli Məclisdə müzakirə olunub

İdman
Dünən, 15:36

"Şahdağ Qusar" meydanda gözləyir, "Mingəçevir" oyuna çıxmayıb

Cəmiyyət
Dünən, 14:58

Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət
Dünən, 14:35

Energetika naziri Şimalda 7 rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət
Dünən, 13:46

Qusarda bu küçə asfaltlandı

Hadisə
Dünən, 13:05

"Şəki Yaylası"nın fəaliyyəti dayandırılıb: "İlin sonunda açıla bilər"

Cəmiyyət
Dünən, 12:20

Həbsdə olan sabiq icra başçısının qızı yenidən hakim təyin edilib

Hadisə
Dünən, 11:30

Şabranda ət satışı məntəqəsinin fəaliyyəti dayandırıldı

Hadisə
Dünən, 10:56

İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb

Cəmiyyət
Dünən, 10:29

Xaçmazda köhnə piyada körpüsünün bağlanması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Cəmiyyət
Dünən, 09:29

Xaçmaz Zəfər Gününə hazırlaşır

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
03 noyabr 2026, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
03 noyabr 2026, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
03 noyabr 2026, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
03 noyabr 2026, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
03 noyabr 2026, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
03 noyabr 2026, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
03 noyabr 2026, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
03 noyabr 2026, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Oxşar xəbərlər