top
COP29 ərəfəsində hotellərdə QİYMƏTLƏR
01 noyabr 2024, 10:04
- +

COP29 ərəfəsində hotellərdə QİYMƏTLƏR

Məlum olduğu kimi, bu il noyabr ayının təxminən yarısını bayram və tətil günləri təşkil edir. Nazirlər Kabinetinin qərarı ilə 8, 9, 10, 11, 12, 13 noyabr ardıcıl qeyri-iş günləri olacaq. Təhsil müəssisələrində isə noyabrın 12-dən 22-dək payız tətili elan olunub.

Həmçinin ölkədə mötəbər COP29 tədbirinin keçirilməsi ilə əlaqədar gələn ay bəzi dövlət qurumlarında işçilərin 70 %-i evdən işləyəcək. Bununla bağlı qurumlara Nazirlər Kabineti tərəfindən müvafiq tapşırıq verilib.

Qafqazinfo-nun məlumatında görə, qeyri-iş günlərinin çoxluğu təbii olaraq noyabrda tətil etmək istəyənlərin sayını artırıb. Artıq sosial şəbəkələrdə həmin günlərdə Bakıda bir çox hotelin dolması ilə bağlı məlumatlar yayılıb. Təklif olunan boş yerlərdə isə gecələmə qiymətlərinin çox yüksək olduğu deyilir.

Bunu nəzərə alaraq bölgələrdəki hotellərdə doluluq səviyyəsi və qiymətlərlə maraqlandıq. Məlum oldu ki, artıq indidən əhali bayram günlərinə rezervasiya etməyə başlayıb.

“Şamaxı Palace” Hoteldə 2 nəfər üçün noyabrın 8-i səhər-axşam qidalanma ilə eyvansız delüks otağın qiyməti 350 AZN təşkil edir. 3 dəfə qidalanma ilə isə bu məbləğ 400 manata başa gəlir. Bir həftə üçün qiymətlər isə müvafiq olaraq 2100-2400 AZN təşkil edir.

Hoteldən, həmçinin bildirildi ki, bu, bayram qiymətləridir və noyabrın 12-dək belə davam edəcək. Həmin tarixdən sonra isə eyvansız delüks otağın bir günlük qiyməti səhər qidalanma ilə 240, səhər-axşam qidalanma ilə 290, 3 dəfə qidalanma ilə isə 340 AZN olacaq.

“Qalaaltı” Hoteldə 8 noyabrda 2 nəfər üçün 3 dəfə qidalanma daxil, qiymət 350 AZN-dir. Hoteldən bildirildi ki, müştərilərə qidalanmasız otaq verilmir. Bir həftəlik 2 nəfər üçün standart paket üzrə qiymət isə 2120 AZN təşkil edir. Bura 3 dəfə qidalanma ilə yanaşı, müayinə və müalicələr də daxildir.

Maraqlıdır ki, COP29 dövründə endirimlər var. Belə ki, noyabrın 14-də səhər yeməyi daxil bir günlük qonaqlama qiyməti 170, iki dəfə qidalanma ilə 220, 3 dəfə qidalanma ilə isə 280 AZN təşkil edir. Qeyd olunan dövrdə bu hoteldə bir həftəlik gecələmə isə 2 nəfərə standart paketlə 1820 manata başa gələcək.

“Quba Palace” Hoteldə 8 noyabrda 2 nəfər üçün dağ mənzərəli otaqda səhər və axşam yeməyi daxil olmaqla, 1 gecəlik qonaqlama qiyməti 415 AZN-dir.

Bu hoteldə də COP29 günlərində qiymətlərdə enmə var. Belə ki, 8 noyabrdan bir həftəlik gecələmə qiyməti 1900 AZN təşkil edir. Bu həftənin 4 günü 415 AZN-dən, digər 3 gün isə 375 AZN-dən hesablanacaq. Hoteldən bildirildi ki, noyabrın 12-dən 23-dən ölkədə keçirilən COP29 tədbiri ilə bağlı hoteldə endirim var. Səhər və axşam yeməyi daxil olmaqla 1 günlük məbləğ 375 AZN təşkil edir. Qiymətə SPA, sauna, fitness xidmətləri daxildir.

“Qafqaz Riverside” Hoteldə 2 nəfərlik standart otaqlarda bir günlük qonaqlama qiyməti 388 AZN-dir. “Tufandağ” Hoteldə isə bu məbləğ 483 AZN təşkil edir. Bura səhər yeməyi və SPA xidmətləri daxildir.

COP29 günlərində bu hotellərdə də endirim tətbiq olunur. “Riverside” Hoteldə bu dövrdə 2 nəfərlik otağın qiyməti 238 manatdır. “Tufandağ” Hoteldə isə 2 nəfər üçün bir gecəlik qiymət 288 AZN-dir. Hoteldən, həmçinin bildirildi ki, hazırda noyabrın 13-dən etibarən bu qiymət tətbiq olunur. Lakin həmin tarixə yaxın dəyişə də bilər.

“Basqal” Hoteldə 8-12 noyabr arası səhər və axşam yeməyi daxil, 2 nəfər üçün 1 gecəlik qonaqlama qiyməti 330 AZN müəyyənləşib. Yalnız səhər yeməyi ilə bu otaq 100 manat fərqlə 230 AZN-ə təklif olunur.

Tətilin ilk günündən bir həftəlik səhər və axşam yeməyi daxil paket götürmək istəyənlərə bir qədər endirim oluna bilər. Belə ki, noyabrın 12-dək qiymətlər 307 manatdan hesablanır. 13-14 noyabrda isə 144 AZN olacaq və ümumilikdə məbləğ 1823 AZN təşkil edəcək.

13 noyabrdan həftəiçi qiymət 160 AZN, həftəsonu isə 190 AZN əşkil edir. Eyni tarixdən 1 həftəlik qiymət 2 nəfər üçün 1035 AZN təşkil edəcək. Bura yalnız səhər yeməyi və SPA xidmətləri daxildir.

“Şahdağ” Hoteldə isə noyabrın 8-dən 1 həftəlik heç bir otaq qalmayıb. 8 noyabrda 2 nəfər üçün 1 günlük dağ mənzərəli otaqda qiymət 180 AZN müəyyənləşib. COP29-da isə 1 həftəlik boş yerlər tapmaq olar. Noyabrın 12-dən 2 nəfər üçün 1 həftəlik qonaqlama qiyməti 1500 AZN olacaq. O da bildirildi ki, qiymətlər doluluq səvviyyəsindən asılıdır. Artıq bayram günlərinə yerlərin çoxu tutulduğundan o dövr üçün otaqlar daha yüksək qiymətə təklif olunur.

Qeyd edək ki, əlaqə saxladığımız hotellərdə bayram günləri əlavə olaraq canlı musiqi və animasiya qruplarının əyləncə şouları da nəzərdə tutulub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 07:00

Bu gün Azərbaycanda Bilik Günüdür

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Oxşar xəbərlər