top
Bu gün “Quba tarixi” kitabının müəllifi Şahin Fazilin doğum günüdür
27 mart 2023, 13:30
- ↺ +

Bu gün “Quba tarixi” kitabının müəllifi Şahin Fazilin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-cı ildə Quba şəhərində anadan olub. O, Şahin Fazil adı ilə tanınır. Fərzəliyev şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə elmlər doktorudur.

Şahin Fazil 1948-ci ildə orta məktəbdə oxumağa başlayıb. Daha sonra o, indiki BDU-nun Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olub. 1964-cü ildə fərqlənmə diplomu ilə universiteti bitirib.

Fərzəliyev ədəbi fəaliyyətə 1950-ci illərdə başlamışdır. İlk şeiri “Qız Bənövşə” 1958-ci ildə  “Qızıl Quba” qəzetində dərc olunmuşdur. O, 1997-ci ildən Yazıçılar İttifaqının üzvüdür.

Şahin Fazil 1963-1966-cı illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmağa göndərilən ilk tələbə idi. Daha sonra o, Əfqanistanda tərcüməçi kimi ikinci dəfə 1968-1970-ci illərdə, üçüncü dəfə 1978-1982-ci illərdə və dördüncü dəfə 1985-1988-ci illərdə fəaliyyət göstərmişdir.

Həmin zaman Şahin Fazil əfqan yazıçılarının şeirlərini tərcümə edib, Azərbaycana göndərmişdir. Həmçinin Azərbaycan yazıçılarının şeirlərini fars dilinə tərcümə edib, oraya göndərirdi. Şahin Fazil, eyni zamanda farsca şeirlər yazıb, oradakı jurnallarda çap etdirirdi. O, bir neçə Fəxri Fərmanla (SSRİ) və üç Əfqanistan ordenı ilə təltif olunmuşdur.

1966-1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1983-1985-ci illərdə Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi işçisi olmuşdur.

Fərzəliyev 1996-cı ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərir.

Tarixçi Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Mahaçqala və digər şəhərlərdə keçirilmiş beynəlxalq elmi konfrans və görüşlərdə fəal iştirak etmişdir. O, həmçinin 2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə Azərbaycan tarixşünaslığına dair mühazirə oxumuşdur.

Şahin Fərzəliyev 5 divan, 30-dan çox kitab, 300-dən artıq elmi məqalələrin müəllifidir. Onlardan “Azərbaycan XV-XVI əsrlərdə” (Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri üzrə), “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə”, “Quba tarixi”, “XV əsr Azərbaycan dövlətlərinin quruluşu”nu qeyd etmək olar.

İstinad edilən mənbələr:


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər